Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev dekabrın 14-də Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi ilə görüşüb. Görüşdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və Teatr sektorunun müdiri Könül Cəfərova da iştirak ediblər.

Görüş zamanı teatrın repertuarı, yaradıcı mühit, kollektivin pandemiya və postpandemiya dövründə fəaliyyəti müzakirə olunub, teatrın binasına baxış keçirilib. Nazirin birinci müavini teatrın texniki təchizat problemləri və binanın vəziyyəti ilə yerində tanış olub.

Nazirlik rəsmiləri Azərbaycan Dövlət Pantomim Teatrının milli teatr prosesində rolundan danışıb, onun əhəmiyyətini qeyd edib, yaradıcılıq fəaliyyətini qiymətləndirərək kollektivə uğurlar arzulayıblar. Bundan sonra da kollektivə zəruri dəstəyin göstəriləcəyi vurğulanıb.