Mayın 21-də Qax rayonunun İlisu kəndindəki “Uludağ” turizm və istirahət mərkəzində yeni turizm mövsümünün başlanması ilə əlaqədar tədbir keçirilib. 
   Rayon rəhbərliyinin, Qaxda fəaliyyət göstərən turizm mərkəzləri rəhbərlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva çıxış edərək ölkə rəhbərliyinin turizm sahəsinin inkişafına göstərdiyi diqqətdən söz açıb. Qeyd olunub ki, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi də bu diqqətin bariz nümunəsidir.
   “Uludağ” turizm və istirahət mərkəzinin direktoru Zabit Əhmədov bildirib ki, Azərbaycanda turizm ən perspektivli sahələrdən biridir. Ölkəmiz artıq xarici turistlər üçün cəlbedici məkana çevrilir. Mərkəzin rəhbəri kompleksin imkanları barədə məlumat verib. Onun sözlərinə görə, “Uludağ” turizm və istirahət mərkəzi 2005-ci ildə İlisu kəndində 4 hektarlıq ərazidə inşa edilib. İstirahət mərkəzi ilboyu turistlərin xidmətindədir. Burada istirahətçilər üçün hər cür şəraiti olan kottec tipli mənzillər var. “Uludağ”ın ən mühüm və fərqli cəhəti burada müalicə əhəmiyyətli vannaların olmasıdır. İlisu kəndindən 6 kilometr aralıda yerləşən Hamamçay dərəsindən istirahət mərkəzinə asma kəmərlərlə bir çox xəstəliklərin əlacı, möcüzəvi termal bulaqların suyu gətirilib və radon vannaları qurulub.
   Tədbirdə Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov, rayonda fəaliyyət göstərən istirahət mərkəzlərinin rəhbərləri çıxış edərək “Turizm ili” çərçivəsində görüləcək işlərdən danışıblar. Sonra tədbir iştirakçıları rayonun turizm potensialına aid sərgilərə baxıb, musiqi və rəqs kollektivlərinin çıxışlarını izləyiblər. 

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar