Fransada ölkəmizə həsr olunmuş təqvimli qeyd kitabının növbəti sayı nəşr edilib
   
   Dekabrın 16-da “Azerbaijani Diary” (“Azərbaycan Gündəliyi”) adlı təbliğat xarakterli təqvimli qeyd kitabının növbəti sayı Strasburqda yerləşən “Bateliers” nəşriyyatında işıq üzü görüb.
   
   Nəşr beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasına və xüsusilə Dağlıq Qarabağ münaqişəsinə dair məlumatların təbliğ edilməsi və ölkəmizin dünya arenasında imicinin artırılması məqsədilə hazırlanıb.
   Bu səbəbdən “Azerbaijani Diary”nin hazırkı sayı kitab formasına salınıb və Azərbaycanın maraqlarına uyğun yeni sahələr əlavə olunaraq, 50 bölməyə, 283 səhifəyə çatdırılıb. Kitabın müəllifləri - Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov və nümayəndəliyin əməkdaşı Əfqan Mehtiyevin nəşrin işıq üzü görməsində böyük əməyi olub.
   Kitaba “Qafqazın xəritəsi”, “Tarix”, “Coğrafiya”, “Azərbaycan Respublikasının tanınmış şəxsiyyətləri”, “Bakı rəsmlərdə”, “Bakı keçmişdə”, “Bakı indiki dövrdə”, “Bakı gecə vaxtlarında”, “Bakı gələcəkdə”, “Bakının tarixindən maraqlı məqamlar”, “Qız qalası”, “İçərişəhər”, “Şirvanşahlar sarayı”, “Atəşgah”, “Yanar bulaq”, “Yanar dağ”, “Qobustan”, “Naxçıvan”, “Azərbaycanda göllər”, “Azərbaycanda dağlar” , “Azərbaycanda çaylar”, “Milli bayramlar”, “20 Yanvar faciəsi”, “Xocalı soyqırımı”, “Azərbaycanlıların soyqırımı günü və Dağlıq Qarabağ müharibəsi”, “Milli oyunlar”, “Milli geyimlər”, “Milli mətbəx”, “Milli musiqi alətləri”, “Şuşa - Azərbaycan musiqisinin beşiyi” və s. bölmələr əksini tapıb.
   2009-cu ildə olduğu kimi, “Azerbaijani Diary” əsasən Avropa Şurasının və BMT-nin yüksək vəzifəli şəxsləri, AŞ yanında daimi nümayəndəliklərin rəhbərləri, Strasburq şəhər meriyası və bələdiyyə rəhbərləri, ali təhsil ocaqlarının rəhbərləri və tanınmış professor-müəllim heyəti, eləcə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə paylanacaq. 2011-ci il yanvarın 25-də Avropa Şurasında kitabın təqdimatının keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar