Ukraynanın paytaxtı Kiyevin ən böyük sərgi mərkəzlərindən biri olan “Expocenter Ukraina”da kənd və ekoloji turizmin inkişafına həsr edilmiş sərgi-festival keçirilib.
   Ölkəmizin turizm potensialı Azərbaycanın Ukraynadakı səfirliyinin Kiyevdə fəaliyyət göstərən və Azərbaycana turlar təklif edən “AzəriTur” turizm şirkəti ilə birlikdə təşkil etdiyi xüsusi stenddə nümayiş etdirilib. Tədbirdə çıxış edən səfir Eynulla Mədətli Azərbaycanın turizm və kurort imkanları, son illər ərzində turizmin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər və əldə edilmiş uğurlar barədə ətraflı məlumat verib.
   Sərgi çərçivəsində keçirilən görüşlər zamanı Ukraynanın müxtəlif turizm şirkətləri və turizm nəşrləri ilə Azərbaycana turizm səfərlərinin təşkili və ölkəmizin turizm imkanlarının təbliği istiqamətində ilkin razılaşmalar əldə edilib.
   Sərgidə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış müxtəlif bukletlər, broşürlər, disklər qonaqların marağına səbəb olub.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar