Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Əhməd Məmməd oğlu İsayev dekabrın 26-da, 81 yaşında vəfat edib.

Əhməd İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra əmək fəaliyyətinə kənd klubunda başlayıb, müdir işləyib. 1959-1965-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsil alıb. 1963-cü ildə “Kommunist” qəzeti redaksiyasında işə qəbul olunub, burada ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. 1970-1990-cı illərdə bu qəzetin Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbiri işləyib. 1990-1991-ci illərdə “Respublika” qəzetinin ilk baş redaktoru olub. Sonrakı illərdə “Həyat” və “Səhər” qəzetlərində fəaliyyət göstərib. 1995-ci ildən “Azərbaycan” qəzetinin Gəncəbasar bölgəsi üzrə müxbiri kimi çalışıb.

30-dan artıq kitabın müəllifi olan Əhməd İsayev 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin.