Yanvarın 8-də Azərbaycan Milli Xalça Muzeyində ilin ilk ustad dərsi “Muzeyin kolleksiyaları necə qorunur?” mövzusuna həsr ediləcək.

Xalça Muzeyindən bildirilib ki, ustad dərsi muzeyin eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanovanın 65 illik yubileyi münasibətilə reallaşacaq.

Muzeyin kolleksiyasındakı xalça, xalça məmulatları, bədii metal, parça, geyim, tikmə, çini, şüşə, ağac, kağız və zərgərlik nümunələrinin qorunub saxlanılması məsələləri barədə bu sahədə 30 ildən artıq təcrübəsi olan Mira Məmmədxanova özü mühazirə iştirakçılarına məlumat verəcək.

Pandemiya şəraiti ilə əlaqədar ustad dərsində yerlər məhduddur. Öncədən qeydiyyatdan keçmək məqsədəuyğun sayılır.