Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayevin şəhərdəki ev-muzeyini ziyarət edib.
Muzeyin direktoru İradə Paşayeva görkəmli yazıçı, şair, dramaturq, tənqidçi, tərcüməçi və ədəbiyyatşünas M.C.Paşayevin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.
Daha sonra muzeyə gəlmiş məktəblilərlə səmimi söhbət edən icra başçısı onlara dərslərində müvəffəqiyyətlər arzulayıb. Şagirdlər görkəmli ədib, elm xadimi M.C.Paşayev haqqında danışıb, şeirlər söyləyib, fortepianoda musiqi ifa ediblər.
Niyazi Bayramov muzeydə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova ilə də görüşüb, gəncəli yazarların yaradıcılığı ilə maraqlanıb.