Şəki Dövlət Dram Teatrı 2022-ci ildə tamaşaçıları yeni səhnə əsərləri ilə sevindirəcək. Yaradıcı kollektiv ilk olaraq yanvarda teatrsevərlərə İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli hadisə” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək.
Rejissor Orxan Həmidlinin quruluş verdiyi tamaşada fransız zabitinin holland tacirinin qızına aşiq olmasından bəhs edilir.
Teatrın ədəbi dram hissə müdiri Sevda Rəsulqızı bildirib ki, 2022-ci ilin repertuar planına Vaqif Səmədoğlunun “İntihar”, Əli Səmədlinin “Meşə çaqqalsız olmaz”, Qriqori Qorinin “Herostratı unudun” və Bəyazıd Gülercanın “Lodos” əsərləri də daxil edilib. “Herostratı unudun” tamaşası üzərində məşqlər gələn həftə başlanacaq.