Tanınmış tənqidçi Əsəd Cahangirin “Dionisin şərəfinə” adlı kitabı işıq üzü görüb.

“Teatr və dramaturgiya”, “Kino”, “Musiqi”, “Televiziya” və “Kulturologiya” bölümlərindən ibarət kitaba müəllifin təxminən 25 il ərzində yazdığı, müxtəlif incəsənət sahələrinə həsr olunmuş məqalə, resenziya, icmal, məruzə, esse və portretləri, eləcə də, bir sıra ünlü və gənc sənət adamları ilə müsahibələri daxil edilib.

Ə.Cahangirin müxtəlif vaxtlarda mətbuatda dərc olunan və geniş rezonans doğuran “Bir çarə var, ancaq yeniləşmək”, “Vay dədəm, vay”, “Mahnı dağlarda qalmadı”, “Bəhramnamə”, “İran kinosunun peyğəmbəri”, “Əsgər və Oskar”, “Açılmaz Əslidən düymə”, “Eşq imiş hər nə varsa”, “Gecədən səhərə doğru”, “Səs” və s. yazıları da kitabda yer alıb.

Nəşrə Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov “Teatral adam” adlı ön söz yazıb. Kitabın redaktoru jurnalist Rizvan Əhmədlidir.