Çinin şimal-qərbindəki Çinhay vilayətində yanvarın 8-də baş vermiş zəlzələ nəticəsində Böyük Çin Səddinin Qansu vilayətindən keçən hissəsinə də zərər dəyib.
Zəlzələ episentrindən 114 kilometr məsafədə yerləşən Şandan rayonunda Min sülaləsinin hakimiyyət illərində (1368-1644-cü illər) tikilmiş Böyük Çin Səddində 2 metrlik hissədə çat əmələ gəlib, bəzi hissələr qopub yerə düşüb. Yerli hökumət tarixi abidəyə dəymiş ziyanı qiymətləndirməyi və nəticələrinin aradan qaldırılmasını tapşırıb.
Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin Səddinin inşası e.ə. 221-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən başladılıb və təxminən on ilə səddin yarışı inşa edilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilib.
Cavid