Koronavirus rəsmi statistikada
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 310 milyon nəfərdən çoxdur. Ölənlərin sayı isə 5,5 milyonu keçib.
Bu barədə pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytı yanvarın 11-də məlumat yayıb.
Dünyada ən çox yoluxma halı (aparılmış COVİD testləri əsasında) ABŞ (62,6 milyon), Hindistan (35,8 milyon), Braziliya (22,5 milyon), Böyük Britaniya (14,6 milyon), Fransa (12,2 milyon), Rusiya (10,6 milyon) və Türkiyədə (10 milyon) qeydə alınıb.
Bir çox ölkələrdə COVİD testləri sayının heç də infeksiyanın yayılma tempi ilə ayaqlaşmadığını nəzərə alsaq – dünya üzrə real xəstə sayı, təbii ki, rəsmi statistikadan qat-qat çoxdur.
Xatırladaq ki, COVİD-19 infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Dünya Səhiyyə Təşkilatını (DST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. DST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub, martın 11-də isə pandemiya elan edib.