Yanvarın 11-də “Trio” tədris, incəsənət və idman mərkəzinin balaca fidanları üçün F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.

Əvvəlcə uşaqlar kitabxana ilə tanış olub, sonra kitabla düzgün rəftar etməyi öyrəniblər.

Ekskursiya zamanı uşaqlar nağıl otağında Azərbaycan nağıllarını dinləyib, maraqlı tapmacalara cavab verib, kiçik oxu zalında danışan, səsli və rəngarəng kitablarla tanış olublar. Daha sonra cizgi filmlərinə baxıblar.

Balacalar kitabxanadan şən əhval-ruhiyə ilə ayrılıblar.