20 Yanvarın ildönümü ərəfəsində göstəriləcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə və Zəfərimizin simasına çevrilən analara həsr olunan “Bir nəfəs qədər” (pyesin müəllifi – Samir Qulamov) tamaşası növbəti dəfə Qara Yanvarın ildönümü ərəfəsində, yanvarın 19-da nümayiş ediləcək.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Tamaşada gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Rolları Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov və Murad Əliyev ifa edirlər.