Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşasının növbəti nümayişi olacaq. Səhnə əsəri 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə təqdim ediləcək.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrin sonları – XIX əsrin əvvəlində Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi münasibətləri tənzimləməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.