Azərbaycanda ev və mənzillərin 100 faizi 2024-cü ilin sonunadək müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, 150 min ev təsərrüfatında müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlər çəkilib. Eyni zamanda, 1400 kilometr uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir.
Nazirlikdən verilən məlumata görə, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin təxminən 50 faizində “4G” mobil texnologiyaları şəbəkəsi qurulub, 35 faiz teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb. Hazırda 1500 kilometrdən çox avtomobil yollarının, 3 hava limanının, regionu digər regionlarla bağlayan strateji dəmir yollarının inşası üzrə işlər davam edir.