1935-ci ildə ABŞ-a aparılıb
İran ABŞ-dan Əhəmənilər dövrünə (e.ə. 705-330 illər) aid gil kitabənin qaytarılmasını tələb edir.
İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxtrəvanc bildirib ki, 90 il əvvəl ABŞ-ın Çikaqo Universitetinin əməkdaşları Şiraz yaxınlığındakı qədim Persopolis şəhərində arxeoloji qazıntı işləri apararaq bir neçə dəyərli tarixi abidə aşkar ediblər. Əhəməni imperiyası dövrünə aid gil kitabəni amerikalı alimlər 1935-ci ildə İrandan çıxararaq tədqiq etmək üçün ABŞ-a aparıblar. Lakin tədqiqat işləri başa çatsa da, gil kitabə İrana qaytarılmayıb.
İranlı diplomatın sözlərinə görə, ölkənin elmi qurumları bir neçə dəfə Çikaqo Universitetinə və ABŞ rəsmilərinə tarixi abidənin qaytarılması ilə əlaqədar müraciət ediblər. Lakin hər dəfə müxtəlif bəhanələr gətirilib və gil kitabə İrana qaytarılmayıb. İran diplomatları ölkə tarixinə aid olan abidənin qaytarılması istiqamətində işləri davam etdirəcək.