Köhnə repertuardan
Azərbaycan Dövlət Pantomima Teatrı köhnə repertuarından “Underground” tamaşasını həftəsonu (15-16 yanvar) təqdim edəcək.
Tamaşanın adı ingiliscədən tərcümədə “yeraltı” mənasını versə də, ideyası ümumilikdə dünyanın laqeydlik girdabından xilası haqqındadır. Texniki tərəqqinin insan xarakterinə təsiri, onun həyat çərçivələrindən qurtulmaq, xəyalında öz xilas günəşini tapıb ona doğru yüksəlmək istəyi...
Bəşər övladını ayıltmaq və dünyanı xilas etmək çağırışı – telefon zəngi gəlsə də, heç kim ona əhəmiyyət vermir. Qarşıdakı insan məni eşitmirsə, nə etməliyəm? Məni məndən başqa kim məhv edə bilər? Qurtuluş yalnız özünüdərk və mənəvi dəyərlərdən asılıdır...
Teatrın aktyorları Nurlan Rüstəmov və Solmaz Bədəlova müəllifləri olduqları tamaşada həm də oyunçu kimi çıxış edirlər.