Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yanvar ayında repertuarındakı  maraqlı səhnə nümunələrini tamaşaçılara təqdim edir.

Yanvarın 12-də sənət ocağının səhnəsində Ü.Hacıbəylinin 114 yaşı “Leyli və Məcnun” operası nümayiş olunub. Yanvarın 15-də klassik opera həvəskarları italyan bəstəkar Cüzeppe Verdinin “Traviata”sını seyr edə biləcəklər.

Ertəsi gün isə balet həvəskarları rus bəstəkar Sergey Prokofyevin “Romeo və Cülyetta”sını izləmək imkanı qazanacaqlar.

Yanvarın 19-da “Sevil” operası nümayiş olunacaq.  Dahi bəstəkar Fikrət Əmirov Cəfər Cabbarlının eyniadlı pyesi əsasında (libretto müəllifi Tələt Əyyubov) yazdığı operanı 1952-ci ildə tamamlayıb. Opera bir il sonra tamaşaya qoyulub və o vaxtdan teatrın repertuarındadır. Hazırda oynanılan tamaşa operanın sonuncu redaksiyasıdır.

Teatrın bu ay üzrə afişasında Adolf Adanın “Jizel” baleti (22 yanvar) və Leonid Vaynşteynin “Zoluşka” operası (23 yanvar) da var.