Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “İctimai TV” və “Arizona Productions” (Fransa) şirkətləri tərəfindən birgə istehsal edilən “Mərmər soyuğu” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

“Azərbaycanfilm”dən bildirilib ki, hazırda İstanbul şəhərində ekran əsərinin rəng korreksiyası işləri aparılır və proses yekunlaşmaq üzrədir.

Film uğursuz rəssamla sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunsürən həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır...

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo (Hollandiya), rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, baş prodüseri Fariz Əhmədov, kreativ prodüseri İradə Bağırzadədir. Ekran işində əsas rolları Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov canlandırıblar.

Filmin bu ilin ikinci yarısında tamaşaçılara təqdim edilməsi planlaşdırılır.

Lalə