F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yanınmış uşaq yazarı Solmaz Amanova ilə Y.Kovalyov adına 229 saylı orta məktəbin 3-cü sinif şagirdlərinin görüşü keçirilib.

Görüşdən öncə məktəblilər kitabxana ilə tanış olublar. Onlara fondlarda qorunan ədəbiyyatlar haqqında məlumat verilib.

Sonra böyük oxu zalında uşaq yazıçısı ilə görüş olub. Solmaz Amanova yaradıcılığı, İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları”, “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kitabları haqqında ətraflı məlumat verib. Yazar Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirən “İnsan iz qoyur” kitabı barədə də danışaraq məktəblilərin suallarını cavablandırıb.

Sonda uşaqlar əl-ələ tutaraq müəllifin sözlərinə bəstələnmiş mahnını ifa ediblər. Görüş məktəblilərlə yazıçının xatirə şəkilləri çəkdirməsi ilə başa çatıb.