Bakı Dövlət Universiteti (BDU) və “ASAN Könüllüləri” Təşkilatı “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər” layihəsi çərçivəsində görkəmli aktyor, Xalq artisti Nurəddin Mehdixanlı ilə tələbələrin görüşü keçirilib.

BDU-dan bildirilib ki, görüşdə “Səhnə ustalığı” mövzusunda müzakirələr aparılıb, Azərbaycanda teatr sənətinin inkişafı istiqamətində görülən işlərdən danışılıb.

Xalq artisti ölkəmizdə mədəniyyətə, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından bəhs edib, Azərbaycanda teatr tarixindən, çağdaş teatrdan söhbət açıb.

Sonda Nurəddin Mehdixanlı tələbələrin suallarını cavablandırıb.