Bolşoy Teatr

 

Rusiyanın və dünyanın ən məşhur opera səhnələrindən biri – Rusiya Dövlət Akademik Böyük Teatrının (Bolşoy Teatr) 250 illiyi təntənə ilə qeyd olunacaq.

Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə Bolşoy Teatrın 250 illik yubileyinin keçirilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, 2022-2026-cı illərdə Bolşoy Teatrın 250 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Moskva şəhərində  Bolşoy Teatrın əsası 1776-cı ildə qoyulub. Sənət ocağı İmperatriçə II Yekaterinanın göstərişi əsasında yaradılıb. 1918-ci ildən teatra akademik statusu verilib.