1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşə kursu keçən bir qrup Vətən müharibəsi qazisi və sağlamlıq imkanları məhdud gənclər AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, qonaqlar muzeydə təşkil edilən “Anadır arzulara hər zaman Qarabağ” sərgisi və Hacı Zeynalabdin Tağıyevin Xatirə Muzeyi ilə tanış olublar.