Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Abşeron rayon Mədəniyyət Mərkəzi Ceyranbatan qəsəbə Folklor evinin əməkdaşları şəhid Rüfət Şabanovun ailəsinə baş çəkiblər. Mədəniyyət işçiləri şəhid ailəsinin qayğıları ilə maraqlanıblar.

Rüfət Rauf oğlu Şabanov 2001-ci il fevralın 24-də Abşeron rayon Ceyranbatan qəsəbəsində anadan olub. Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbdə və Ceyranbatan peşə liseyində təhsil alıb. 2019-cu ilin iyulunda hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günü – 2020-ci il sentyabrın 27-də Kəlbəcər-Murovdağ istiqamətində şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb.