Yanvarın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Bakı Dövlət Universiteti Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, mətbuat xadimi, professor Cahangir Məmmədli ilə görüş keçirilib.

Professor Cahangir Məmmədli agentliyin fəaliyyətini, o cümlədən “Media haqqında” qanun layihəsinin ictimai müzakirələrini yaxından izlədiyini bildirib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu il gerçəkləşdiriləcək yeni layihələr və “Media haqqında” qanundan irəli gələn məsələlər barədə ətraflı bəhs edib.

Sonda Əhməd İsmayılov 80 illik yubileyi münasibətilə Cahangir Məmmədlini təbrik edib.