Yanvarın 26-da Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında ingilis yazıçısı Luis Kerrollun (Lewis Carroll; 1832-1898) anadan olmasının 190 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə iştirak edən Avropa liseyinin 3-cü sinif şagirdləri əvvəlcə kitabxana ilə tanış olub, kiçik oxu zalında səsli və rəngbərəng kitablara baxıblar.

Kitabxananın böyük oxu zalında məktəblilərə yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, “Alisa möcüzələr ölkəsində” kitabının əsasında kitabxana əməkdaşlarının hazırladıqları slayd göstərilib.

Uşaqlar üçün viktorina da keçirilib. Şagirdlər verilən sualları fəal və həvəslə cavablandırıblar.

Sonda uşaqlara kitabxananın “Göy qurşağı” jurnalının nömrələri hədiyyə edilib.