Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının tanınmış aktyoru Natiq Fərzəliyevin 60 illik yubileyi münasibətilə “Sehrli tütək” tamaşası nümayiş olunub.
Tamaşa yanvarın 29-da paytaxtın Suraxanı rayonundakı Q.Abbasov adına Mədəniyyət Sarayında təqdim edilib.
Natiq Fərzəliyev 1962-ci il fevralın 1-də Yevlax rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Dövlət Gənclər Teatrında aktyor kimi çalışıb. 2009-cu ildən isə Dövlət Gənc Tamaşaçılar Teatrında işləyib. Teatr səhnəsi ilə yanaşı televiziya tamaşalarında da yaddaqalan rollar oynayıb.