Ağdaş RMİ Zərdab rayon Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Faiq Vəlizadənin doğum günü ilə bağlı məzarını ziyarət ediblər.

Kürdəmir RMİ Füzuli rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlının da iştirak etdiyi tədbirdə gənc rəssam Türkan Məmmədlinin çəkdiyi 82 şəhidin portretlərindən ibarət sərgi nümayiş olunub. Portretlər daha sonra şəhid ailələrinə xatirə olaraq təqdim edilib.

Sumqayıt RMİ Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində şəhid anaları ilə görüş təşkil edilib. Kitabxananın əməkdaşı Zübeydə Məmmədova çıxışında yanvar-fevral aylarında anadan olan sumqayıtlı şəhidlər haqqında məlumat verib. Şəhid anaları qəhrəman oğulları ilə bağlı xatirələrini bölüşüblər.

AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin, şairə Esmira Günəş və başqaları çıxışlarında şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını deyiblər.  Sonda şöbənin müdiri Yeganə Hüseynova tədbirdə iştirak etdiklərinə görə şəhid analarına təşəkkürünü bildirib.

Nurəddin