Uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Qarınqulu ayı” uşaq pyesi əsasında Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşa hazırlanır. Tamaşaya teatrın rəhbəri, Əməkdar artist İntiqam Soltan quruluş verir.
Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulan səhnə əsəri ideya, məzmun, süjet baxımından müasirliyi və orijinallığı ilə seçilir. Əsərin əsas məramı sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq hisslərini aşılamaq, düz danışmağın niyə vacib olduğunu göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir.
Teatrdan bildirilib ki, “Qarınqulu ayı” tamaşasının premyerası fevralın 19-da keçiriləcək.