Füzuli Dövlət Dram Teatrında (Horadiz şəhəri) “Dönüş” adlı film-tamaşa və “Nənənin kələyi” tamaşası təqdim edilib.
“Dönüş” film-tamaşasında əsasən simvolik detallara üstünlük verilib. Vətənpərvərlik mövzusunda tamaşanın müəllifi və rejissoru Nicat Mirzəzadədir. Tamaşada Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü, Ruslan Şıxəliyev, Vüqar Babayev, Elçin Məmmədov, Rahibə Baxşəliyeva, Elşən Gözəlov, Vüsal Quliyev, Zamin Quliyev, Qəlbinur Əhmədli və başqaları rol alıblar.
Tamaşaya Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və Füzuli rayonunun mədəniyyət işçiləri də baxıblar.
Əhməd Orucoğlunun əsəri əsasında Əli Hüseynovun quruluş verdiyi “Nənənin kələyi” tamaşasının səhnə tərtibatçısı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Rollarda İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Qaçaq Qarayev, Sehran Xanlarov və başqaları çıxış ediblər.