Sumqayıt RMİ-nin tabeliyindəki Sumqayıt Mərkəzi Uşaq Kitabxanasında “Elmi-kütləvi ədəbiyyatın təbliği həftəsi” keçirilib.

Həftə çərçivəsində “Bunları bilmək maraqlıdır” adlı sərgi-guşə təşkil edilib. “Elm xadimlərimizi tanıdaq” istiqaməti üzrə Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin 8B sinif şagirdlərinin iştirakı ilə “Dahi alim Nəsirəddin Tusi” adlı oxucu konfransı keçirilib.

“Dünyanı dəyişən qadınlar” adlı videoçarx hazırlanıb. Videomaterialda kompüter proqramçısı Grace Hopper, qabyuyan maşının ixtiraçısı Josephine Cochrane və başqaları haqqında məlumat verilib.

Həmçinin kitabxanada 21 saylı tam orta məktəbin 4C sinif şagirdləri və valideynlərin iştirakı ilə “Uşaqların zərərli informasiyalardan qorunması yolları” adlı dəyirmi masa təşkil edilib. Bu mövzuda valideynlərə tövsiyələr verilib,  “Uşaqların internet təhlükəsizliyi” adlı videoçarx nümayiş olunub.