Astara və Lerikdə aparılan arxeoloji tədqiqatlar zamanı yeni tapıntılar aşkar edilib.

Bu barədə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru Fərman Quliyev məlumat verib.

Onun bildirdiyinə görə, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları ilə birgə Astara rayonunun ərazisində aparılan tədqiqatlar zamanı Sım kəndində bölgə üçün nadir hesab edilən yeni qayaüstü təsvirlər aşkarlanıb. Lerik rayonunun Mistan kəndi ərazisində isə Son Tunc dövrünə aid olunması ehtimal edilən beş iri və orta ölçülü kurqan tapılıb.