Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək. Sərgi üçün əsərlərin qəbulu başlanıb.
Sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, rəssamların yaradıcılığını dəstəkləmək, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundakı bu mövzuya həsr olunan əsərləri təbliğ etmək məqsədi daşıyır.
İştirak etmək istəyən rəssamlardan 27 fevral tarixinədək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə resmsergi@gmail.com elektron poçt ünvanına göndərmələri xahiş edilir.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi nəzərdə tutulur.
Ətraflı məlumat üçün: (+994 77) 717 33 37