Sumqayıtın Tarixi Muzeyində “Qərbi Azərbaycanda mədəni irsimiz: dünən və bu gün” adlı elmi-praktik konfrans keçirilib.
“Qərbi Azərbaycan İcması” İctimai Birliyi şəhər nümayəndəliyinin təşkil etdiyi tədbirdə Milli Məclisin deputatları Müşfiq Məmmədli və Əziz Ələkbərli, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə muzeydə “Bir elin harayı” ekspozisiyasına baxış keçirilib. Ekspozisiyada Sumqayıt şəhər 39 nömrəli orta məktəbin direktoru Baxşeyiş Ələmşahovun vaxtilə Zəngəzur mahalından, ata-baba yurdundan deportasiya edilərkən çıxara bildiyi məişət əşyaları sərgilənir. Ekspozisiyada müxtəlif əsrlərə aid 60-a qədər qiymətli məişət əşyası yer alıb.
Sonra konfransda çıxışlar dilənilib, fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq inamı daha da artıb.