Fevralın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Vüqar Haqverdiyevin əsəri əsasında uşaqlar üçün hazırlanmış “Qarınqulu ayı” tamaşasını təqdim edəcək.

Baş idarədən bildirilib ki, tamaşanın rejissoru Əməkdar artist İntiqam Soltandır. Rolları Sənan Fərzəliyev, Qurban Əhmədov, Könül Şahbazova, Türkan Şahmarlı, Gülnar Əlizadə, Aytən Səfərova, Niyaz Novruzov, Röyal Allahverdiyev, Toğrul İsabəyli, Emin Balayev və Orxan Məmmədov ifa edirlər.

Tamaşa Qurban Abbasov adına Mədəniyyət Sarayında nümayiş olunacaq.