AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda görkəmli ədib Məmməd Səid Ordubadinin (1872-1950) 150 illik və teatrşünas, publisist Qulam Məmmədlinin (1897–1994) 125 illik yubileylərinin keçirilməsi haqqında məsələlərə baxılıb.
Həmçinin çap və müsabiqə məsələləri müzakirə edilib. On şöbə üzrə seçkilərin keçirilməsi məsələsinə baxılıb. Üç şöbəyə müdir, yeddi şöbəyə elmi işçilərin seçilməsi və bir nəfərin dosent elmi adı almasına dair məsələlər səsə qoyularaq qəbul olunub.