Kampaniyaya Azərbaycan Bəstəkarlar İttifaqı da qoşulub
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibədə erməni işğalından azad olunmuş ərazilərimizdə kitabxanaların fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə keçirdiyi kampaniya davam edir.
Martın 3-də kitabtoplama kampaniyasına Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) da qoşulub.
Bəstəkarlar İttifaqı tərəfindən “Qarabağa kitabla qayıdaq!” kampaniyası üçün 22 nüsxə kitab və 54 nüsxə Azərbaycan bəstəkarları və musiqiçiləri haqqında bukletlər hədiyyə edilib. Kitablar ABİ əməkdaşları tərəfindən Milli Kitabxanaya təqdim olunub.
İşğaldan azad olunan bölgələrdə kitabxana fondlarının bərpasına kömək məqsədilə həyata keçirilən aksiyanın əhəmiyyəti vurğulanıb.