Xəbər verdiyimiz kimi, “Xatirələrdə qalan oyuncaqlar” uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb. Mədəniyyət və təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən  müsabiqəyə 250-dən çox ünvandan 1000-dən artıq əsər təqdim olunub.

Sərgi üçün 900-dən çox əsər seçilib və əl işləri martın 11-dən başlayaraq növbəli şəkildə martın 15-dək Xətai Sənət Mərkəzində nümayiş olunacaq. Həmçinin seçilmiş 50-dək əsər Bakı Dövlət Sirkinin foyesində nümayiş olunacaq və onların müəlliflərinin sirk tamaşasına baxması da planlaşdırılır.

Əlavə məlumatlar Xətai Sənət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları, həmçinin qalereyanın internet saytı (www.azgallery.az) vasitəsilə yayımlanacaq.

Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat veriləcək.