Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əzim Əzimzadənin Mənzil-Muzeyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbi 8 Mart –Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Hər qadın bir çiçəkdir" adlı sərgi təşkil edib.

Baş İdarədən bildirilib ki, sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığını dəstəkləmək, rəssamlıq sənətinə marağı artırmaq, məqsədilə keçirilib.

Sərgidə iştirak edən xanım tələbələr bayram münasibətilə muzeyin direktoru İradə Əzimzadə tərəfindən fəxri fərmanla təltif olunub.