3-15 mart tarixlərində Bakıda 7-ci Britaniya Film Festivalı keçirilir. Britaniya Şurasının (British Council) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təqdim etdiyi ənənəvi festival bu dəfə iki ölkə arasında diplomatik münasibətlərin otuzuncu ildönümünə təsadüf edir.

Festivalın filmləri Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayiş etdirilir.

Festival “Oskar” laureatı aktyorlar Cim Brodbent və Helen Mirrenin rol aldığı, oğurluq və ədalət uğrunda mübarizədən bəhs edən "Hersoq" retro-komediyası ilə açılıb. Proqramda "İnsanlar iqlim dəyişikliyinə qarşı" və "Sərhədlərin məhvi: planetimiz haqqinda elm" sənədli filmləri də yer alıb.

Britaniya Film Festivalı bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərinə sadiqliyi filmlərlə ifadə edir. Bütün filmlər ingilis dilində nümayiş etdirilir.

Festivalın treylerinə bu linkdə baxmaq olar: http://bit.ly/britishfilmfestival