Bu il 30 yaşını qeyd edən Qusar Dövlət Ləzgi Dram Teatrı 10 mart – Milli Teatr Günü münasibətilə tamaşaçılara Azərbaycan və ləzgi dillərində xüsusi kompozisiya təqdim edib.

“Yaradan, yaşadan teatr” adlı kompozisiyada Mirzə Fətəli Axundzadənin sevilən səhnə əsərlərindən parçalar, milli rəqslər, folklor nümunələri, Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb.

Milli Teatr Günü ilə əlaqədar tamaşaçılar Qusar Mədəniyyət Sarayında multikulturalizmi təbliğ edən folklor nümunələri və yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını əks etdirən sərgi ilə tanış olmaq imkanı da qazanıblar.