Sabirabad RMİ-nin əhatə etdiyi Şirvan şəhər Folklor evində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası nümayiş etdirilib. Tamaşa Şirvan şəhər Mədəniyyət Mərkəzinin həvəskar kollektivi tərəfindən səhnələşdirilib.

Tamaşanı Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, idarə və müəssisələrin əməkdaşları və ictimaiyyət nümayəndələri izləyiblər. Səhnə əsəri maraqla qarşılanıb.

Tamaşadan sonra F.Qurbanzadə həvəskar kollektivi təbrik edib, yaradıcılıq uğurları arzulayıb.

Nürəddin