Gəncə RMİ, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Destinasiya Menecmenti Təşkilatı və digər tərəfdaş qurumların dəstəyi, Gəncə İctimai İştirakc­̧ılıq Məclisinin təşəbbüsü ilə növbəti dəfə “Gəncəsənət” sərgi-yarmarkası keçirilib. Xatırladaq ki, ötən ildən reallaşdırılan layihə Gəncə regionunun sənət mühitini canlandırmaq və tanıtmaq məqsədi daşıyır.

“Gəncəsənət” baharı yeni nəfəslə qarşılayır!” devizi ilə təşkil olunan sərgi-yarmarka Gəncə Dövlət Filarmoniyasının yaxınlığındakı “Urban” Mərkəzində açılıb. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov və başqaları iştirak ediblər.

Sərgi-yarmarkada Gəncə şəhəri və qərb bölgəmizdə yas­̧ayan sənətkarların əl işləri, həmçinin bölgənin mətbəx nümunələri, kənd təsərrüfatı məhsulları təqdim olunub.

Nürəddin