Sumqayıt RMİ Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Qarabağa dönüş” adlı sərgi açılıb.
Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, Milli Məclisin deputatı Emin Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və başqaları çıxış edərək tariximizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında belə layihələrin əhəmiyyətini vurğulayıblar.
Sərgidə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tələbələrinin əl işləri maraqla qarşılanıb. Dərzi ixtisası üzrə təhsil alanların hazırladığı Qarabağ milli geyimləri xüsusilə diqqəti cəlb edib. Tələbələrin hazırladıqları Qarabağ mətbəxi nümunələri, şirniyyatlar da qonaqların marağına səbəb olub.
Nurəddin