Martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət  Nazirliyinin “Teatrda bir gün“ layihəsi çərçivəsində tədbir keçiriləcək. Həmin gün opera və balet sənəti həvəskarları teatrın səhnəarxası fəaliyyəti ilə tanış ola biləcəklər.

Tədbir iştirakçıları solistlər, balet artistləri, xor və orkestrin məşq fəaliyyəti ilə yaxından tanış olacaq, həmçinin tamaşaların nümayişini təmin edən texniki heyətin fəaliyyətini müşahidə etmək imkanı qazanacaqlar.

“Teatrda bir gün“ aksiyasında iştirak etmək  istəyənlər əvvəlcədən 493-94-05 nömrəli telefonla qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, 27 mart Dünya Teatr Günüdür (World Theatre Day). Əlamətdar gün 1961-ci ildə UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutu tərəfindən təsis olunub.