Parisdə səfərdə olan Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun mənzil-qərargahında qurumun Baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.

Görüşdə Azərbaycan və UNESCO arasında gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu xüsusda fikir mübadiləsi aparılıb. Bildiriblər ki, gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin marağındadır.

UNESCO Baş direktorunun humanitar və sosial elmlər üzrə müavini Qabriela Ramosun dəvəti ilə nazir F.Qayıbov UNESCO-da keçirilən “Gənclər COVID-19-un tədqiqatçıları kimi” adlı yüksək səviyyəli siyasi konfransda iştirak edib. Nazir konfrans iştirakçılarına ölkəmizin gənclər siyasəti haqqında məlumat verib.