Belçikada fəaliyyət göstərən “Xəzər-Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü" lobbi təşkilatı (CİEİP) tərəfindən Novruz bayramı münasibətilə Azad Brüssel Universitetində (Vrije Universiteit Brussels) Azərbaycan günü keçirilib.
Tədbirdə rəssam Əsmər Nərimanbəyovanın əsərləri nümayiş etdirilib, Azərbaycan şirniyyatları və milli musiqisindən parçalar təqdim olunub.
Azad Brüssel Universitetində və Belçikanın digər ali təhsil ocaqlarında təhsil alan xarici və azərbaycanlı tələbələr, CİEİP-in üzvləri, Belçikada yaşayan azərbaycanlı icmasının nümayəndələri və səfirliyin əməkdaşları tədbirdə iştirak ediblər.
Layihə azərbaycanlı tələbələr Cavidə Rəhimova, Hökümə Məmmədzadə, Nihad Novruzov, Riyad Səlimov, Teymur Kazımovun təşəbbüsü, Azərbaycanın Belçika Krallığındakı və Fransadakı səfirliklərinin dəstəyi ilə reallaşıb.