Anlaşma memorandumu imzalanıb

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mətbuat və Nəşriyyat Milli Administrasiyası arasında klassik əsərlərin tərcüməsi və nəşri barədə anlaşma memorandumu imzalanıb.

Əldə edilmiş razılığa əsasən, sənəd 30 mart 2022-ci il tarixində onlayn formatda Bakıda Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat şöbəsi rəhbərinin müavini Can Cyançun tərəfindən imzalanıb.

Anlaşma memorandumunun məqsədi növbəti beş il ərzində hər iki ölkədə klassik və mühüm əsərlərin qarşılıqlı şəkildə tərcümə və nəşrinə dəstək göstərməkdir. Sənədə əsasən, hər iki ölkədə razılaşdırılaraq seçiləcək əsərlər müvafiq olaraq Azərbaycan və Çin dillərinə tərcümə olunaraq çap ediləcək.