C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Kitabxananın direktoru Aslan Cəfərov tədbiri açaraq 1918-ci il soyqırımının tarixindən bəhs edib, ulu öndər Heydər Əliyevin vaxtilə bu barədə söylədiyi “Soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir” sözlərini xatırladıb.
Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, kitabxananın əməkdaşları erməni millətçiləri tərəfindən zaman-zaman Azərbaycan xalqına qarşı kütləvi qırğınlar, etnik təmizləmə həyata keçirilməsi, Qubada, Şamaxıda, digər bölgələrdə törədilən qətliamlardan danışıblar.
Tədbirdə mövzu üzrə videoçarx, virtual kitab sərgisi nümayiş olunub, “Tarixin qan yaddaşı” daycesti təqdim edilib. Sonra mövzuya dair kitab sərgisinə baxış keçirilib.