Regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə “Şuşa İli” tədbirləri davam edir.

Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ), Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Ucar nümayəndəliyi və Ucar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Şuşa – Qarabağın incisi, mədəniyyətimizin beşiyi” adlı inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin məqsədi məktəblilərin xalqımız üçün müstəsna dəyərə malik Şuşa şəhəri haqqında bilgiləri daha da artırmaq, eləcə də yeniyetmələrə milli dəyərlərimizin aşılanmasıdır.

GİKM-in Ucar nümayəndəliyində keçirilən müsabiqədə 28 məktəbli iştirak edib. Müsabiqə iştirakçıları 45 dəqiqə ərzində Şuşa şəhəri barədə öz düşüncələrini, bilgilərini qələmə alıblar. Yazılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, seçilən müəlliflər mükafatlandırılacaq.

Sumqayıt RMİ-nin əhatə etdiyi Xızı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Azərbaycanın incisi, Qarabağın mirvarisi – Şuşa” mövzusunda konfrans təşkil olunub. Tədbirdə çıxış edənlər xalqımızın 30 ilə yaxın Şuşa şəhərinin, Qarabağın həsrətini çəkdiyini, ancaq heç zaman ümidini itirmədiyini söyləyiblər.

Nurəddin